Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var
1 min read

Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ ilə “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 60 yaşlı R.Məmmədovun öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.

Xəsarət alanlar 1965-ci il təvəllüdlü Q.Həsənov, 1968-ci il təvəllüdlü G.Həsənova, 1970-ci il təvəllüdlü İ.Əliyeva və 1973-cü il təvəllüdlü Y.Məmmədovadır.

Xəsarət alanlardan Q.Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.