Göygöldə qəzada dörd nəfər xəsarət aldı
1 min read

Göygöldə qəzada dörd nəfər xəsarət aldı

Göygöl rayonunda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var.

Canlixeber.com xəbər verir ki, rayon ərazisində “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.

Qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Zərərçəkənlər – 2005-ci il təvəllüdlü O. Abbaszadə, 2004-cü il təvəllüdlü X. İsmayılov, 2005-ci il təvəllüdlü T. Məhərrəmov və 2005-ci il təvəllüdlü Ü. Bayramlı xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.