Göyçayda onlayn narkotik satan iki nəfər həbs edildi
Göyçayda narkotiklərin onlayn satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
Canlixeber.com xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Baba Babayev və Elgün İsgəndərli saxlanılıblar.
Onlardan heroin və metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
