Goranboyda 33 yaşlı kişi qətlə yetirilib, atası saxlanılıb
Goranboy rayonunda qətl hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.
Goranboy şəhər sakini, 1969-cu il təvəllüdlü Ş.Aslanov münaqişə zəminində yaşadığı evdə oğlu E.Aslanova kəsici alətlə xəsarətlər yetirib. Aldığı xəsarətlərdən E.Aslanov hadisə yerində ölüb.
Tədbirlər nəticəsində E. Aslanovu qətlə yetirməkdə şübhəli bilinən 57 yaşlı Şahin Aslanov saxlanılaraq istintaqa təhvil verilib.
