“Gəncə” amerikalı basketbolçu Montavius Mörfini heyətinə cəlb edib
“Gəncə” basketbol klubu ABŞ-dən olan forvard Montavius Mörfi ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
206 sm boya malik basketbolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı forvardın sonuncu klubu Bolqarıstan “Minyor”u olub.
