Füzulidə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var
1 min read

Füzulidə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var

Füzulidə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.

Canlixeber.com xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı şam ağacına çırpılıb.

Qəza zamanı avtomobilin sürücüsü və sərnişinlər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.