Əli Kərimlinin cinayət işi məhkəmə baxışına verildi
1 min read

Əli Kərimlinin cinayət işi məhkəmə baxışına verildi

AXCP sədri Əli Kərimlinin barəsindəki cinayət işi üzrə bu gün baş tutan məhkəmə iclasında ilkin dinləmələr keçirilib.

Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə reallaşan prosesdə müdafiə tərəfinin vəsatətləri müzakirə edilib.

Bundan sonra hazırlıq iclası yekunlaşıb və hakim işin məhkəmə baxışına verildiyini elan edib.

Baxış iclası noyabrın 13-nə təyin olunub