DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi
1 min read

DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi

Dövlət Gömrük Komitəsində (DGK) struktur dəyişikliyi olub.

Canlixeber.com xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb.

Belə ki, DGK-nın Kibertəhlükəsizlik şöbəsi ləğv edilib, əvəzində isə Kibertəhlükəsizlik idarəsi yaradılıb.

Gömrük xidməti mayoru Turqut Tehran oğlu Vəliyev Kibertəhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunub.