Deputatın oğlu həbs edildi
1 min read

Deputatın oğlu həbs edildi

Nizami Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-in 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Əli-zadə Əhməd Arzuxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilib.

Canlixeber.com xəbər verir ki, bu barədə Nizami Rayonu Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, Əli-zadə Əhməd Arzuxan oğlunun barəsində həbsdə olma müddətinin əvvəli 24 oktyabr 2026-cı il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib.