Cəlilabadda minik avtomobili “ZiL”ə çırpılıb: XƏSARƏT ALANLAR VAR
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, vu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi Elvin Hacıyev qeyd edib.
O bildirib ki, hadisə bu gün saat 13:30-da köhnə Ələt-Astara yolunun 125-ci kilometrliyində qeydə alınıb.
“Pərviz Tələt oğlu Mirzəzadənin idarə etdiyi “ZiL Qaz 53” markalı 15-BN-418 dövlət nömrə nişanlı avtomobillə Fərid Rüstəm oğlu Mahmudovun idarə etdiyi KIA markalı, 77-CP-337 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə “ZiL”dəki sərnişin Fikrət Paşa oğlu Əliyev xəsarət alıb. Digər şəxslərin xəsarət alması ilə bağlı məlumat yoxdur. Sadəcə olaraq xəstəxanaya müraciət ediblər. Faktla bağlı araşdırma aparılır”, – deyə E.Hacıyev bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 4-də saat 14:00 -da baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan beş nəfər (üç kişi, iki qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilən dörd nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Xəsarət alan 1994-cü il təvəllüdlü şəxs (kişi) dərhal cərrahi əməliyyata alınıb. Vəziyyəti ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilir.
