Uncategorized
Külli miqdarda dələduzluq edən şəxsin məhkəməsi oldu
Bakıda vətəndaşa “Alisiya Möcüzələr Diyarında” adlı proyekti quracağı ilə bağlı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Seyagi Seymurun cinayət işi üzrə məhkəməsi keçirilib. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, tərəflər arasında barışıq əldə edilib. Təqsirləndirilən şəxsin vəkili ərizəni məhkəmə tərkibinə təqdim edib. […]
Anar Əsədliyə hökm oxunub
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Anar Əsədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib. Məhkəmədə hökm […]
Balakənin sabiq icra başçısı ilə bağlı qərar
Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev yenidən hakim qarşısına çıxarılıb. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb. Müstəntiq ağır cinayət işi üzrə ibtidai istintaqın davam etməsinin zəruriliyini nəzərə alaraq təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilməsini istəyib.Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib. Məlumatı eks-icra […]
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının cəzası bəlli oldu
Bakı şəhəri Səbail Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233-4.2.3 və 273.4-cü maddələri ilə təqsirləndirilən Etibar Oktay oğlu İmamverdiyevin 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarıb. Canlixeber.com xəbər verir ki, transmilli şəbəkə vasitəsi ilə Azərbaycan ərazisi üzərində qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil etməsi DTX tərəfindən üzə çıxarılmış, beynəlxalq axtarışa verilmiş Etibar İmamverdiyev xarici […]
Quba-Qusar yolunda ağır qəza: XƏSARƏT ALANLAR VAR
Quba-Qusar yolunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, hadisə mayın 21-də gecə, təxminən saat 2 radələrində qeydə alınıb. Quba şəhər sakini X.Daşdəmirovun idarə etdiyi “Mercedes” markalı avtomobil Xucbala kəndi ərazisindən idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə nəticəsində ölən olmayıb. İki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
“SAVALAN” Muzey Kompleksinin restoranında baş vermiş yanğınla bağlı RƏSMİ AÇIQLAMA
May ayının 20-i saat 20:30 radələrində “SAVALAN” Muzey kompleksinin restoranında yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, yanğına Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidməti tərəfindən dərhal operativ müdaxilə edilib və ətraf ərazilərə yayılmasının qarşısı alınıb.Xoşbəxtlikdən hadisə zamanı insan itkisi qeydə alınmayıb. Muzeyin özü və eksponatları, o cümlədən dünyanın ən böyük palıd çəlləyi yanğından […]
Qardaşını bıçaqlayan şəxsə hökm oxundu
Qardaşını bıçaqlamaqda təqsirləndirilən Rasim Qafarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin qərarı ilə R.Qafarov təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum edilib.Xatırladaq ki, prosesin əvvəlki mərhələsində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin dörd il müddətinə […]
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşdan 133 min aldı – Məhkəmə işi
Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib işə düzəltmə və avtomobilin gömrük rüsumlarını ödəmək adı ilə dələduzluq əməlləri törədən Ağasəf Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com “Unikal”ay istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib. Şahid qismində ifadə verən Rauf Qasımovun sözlərinə görə, təqsirləndirilən […]
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyə Respublikasında müəyyən edilən daha bir şəxsin mayın 20-də Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2020-ci ildə mütəşəkkil dəstə halında külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya […]
Saleh Səmədov nə qədər pul mənimsəyib? – Məhkəmədə açıqlandı
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, o, 200 min […]
