Təhsil
Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin aparılacağı tarix açıqlanıb
Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, ixtisas seçimi 12-19 avqust tarixlərində aparılacaq. Qeyd edilib ki, 4 nömrəli “Abituriyent jurnalı” yaxın günlərdə nəşr ediləcək.
Yeni təmayül tədris modeli üzrə müəllimlərin seçiminə başlanılıb
Yeni təmayül tədris modeli tətbiq olunan ümumtəhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. İlkin mərhələdə müsahibələrə yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər dəvət olunur və Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili müəllimlərinin müsahibələri keçirilir. Müsahibələr […]
Bakı Qızlar Universitetinin tələbələrinin NƏZƏRİNƏ: Nazirlik tədbirlərin icrasına başladı
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar sözügedən ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, universitetin təhsil fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə ali təhsilin həm bakalavriat, həm də magistratura səviyyələri üzrə tələbə […]
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən […]
Kolleclərə ixtisas seçimi başlayıb
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, avqustun 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi […]
MİQ-in nəticələri açıqlanıb
14-18 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutmuş imtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) məlumat yayıb. Bildirilib ki, imtahanlar yekunlaşdıqdan sonra sualların məzmunu ilə […]
Qarabağ Universitetinə qəbul balları – Açıqlandı
Qarabağ Universiteti 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul aparılacaq ixtisaslar üçün minimal bal tələblərini müəyyən edib. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Məlumata əsasən, ixtisaslar arasında ən az bal – 250 bal olaraq “Turizm işinin təşkili” ixtisası üzrə müəyyənləşdirilib. Ən yüksək keçid balı isə “Tibb” ixtisası üçün […]
Gələn həftə kolleclərə ixtisas seçimi başlayır
9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi avqustun 3-də başlayır. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, ixtisas seçimi avqustun 9-dək aparılacaq. “Abituriyent” jurnalının 3-cü nömrəsini və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.
Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək.
DİM:11 beynəlxalq dil sertifikatının saxta olduğu aşkarlanıb
“Xarici dil sertifikatlarının verilməsində müəyyən qeyri-obyektiv, qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub”. Canlixeber.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, TOEFL, IELTS, Cambridge və digər beynəlxalq sertifikatların ekvivalentliyi və həqiqiliyinin yoxlanılması ilə bağlı qaydalar 2023-cü ildə təsdiq edilib: “Bu il yoxlanılan 171 sertifikatdan 160-ı təsdiqlənib, […]
