Sosial
Bütün sosial ödənişlərin yekunlaşacağı tarix məlum olub
Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının mayın 22-də ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, beləliklə respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.
Azərbaycanda batalyon komandiri vəfat etdi
Daxili Qoşunların keçmiş zabiti, Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Əkbər Hüsiyev vəfat edib. Canlixeber.com “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Hərbçi uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Əkbər Hüsiyev Birinci Qarabağ müharibəsi zamanı “Qaragöl” batalyonunun komandiri olub. Onun batalyonu Ağdam, Füzuli və Zəngilanın müdafiəsi […]
Ötən il səkkiz mindən çox ailə barışıb
Ötən il Azərbaycanda mediatorlar 8 133 ailəni barışdırmağa nail olublar. Canlixeber.com xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.Məlumatda qeyd edilib ki, 2025-ci il ərzində mediasiya təşkilatlarına ümumilikdə 49 […]
Məişət zorakılığı qurbanları üçün verilən orderlərin sayı artıb
2025-ci ildə məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı 433 mühafizə orderi icraatda olub. Onlardan 402-si qadınlar, 31-i isə kişilər barədə verilib. Canlixeber.com xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb. […]
2025-ci ildə 6572 qadına qarşı cinayət qeydə alınıb
2025-ci ildə Azərbaycanda qadınlara qarşı 6572 cinayət, məişət zorakılığı ilə bağlı isə 8889 müraciət qeydə alınıb. Ötən il 46 qadın insan alverinin qurbanı olub, ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı 39 ölüm faktı qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan […]
Azərbaycanda 1312 körpə ölümü qeydə alınıb
2025-ci ildə Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı 1312 olub. Qız uşaqları arasında körpə ölümü göstəricisi artıb. Canlixeber.com xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb. Bildirilib ki, 2025-ci ildə […]
Azərbaycanda abortların sayı rekord həddə çatıb, azyaşlılar da siyahıdadır
2025-ci ildə Azərbaycanda 95117 abortun 3178 18-19 yaş qrupunda, 66 abort isə 15-17 yaş qrupunda qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb. Hesabatda bildirilib ki, Azərbaycan […]
Pensiyaların ödənilib başa çatdırılacağı tarix məlum olub
Mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Məktəbli ürəktutmadan vəfat etdi
Salyan rayonunda məktəbli vəfat edib. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Kürsəngi kənd sakini, 16 yaşlı Səmar qəflətən dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi deyilir. Qeyd edək ki, ailəninn yeganə oğlu olan Səmarın atası Vüsal Qurbanov Vətən müharibəsi iştirakçısıdır.
Bəzi şəxslərin sosial sığorta qeydiyyatı avtomatik aparılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Kollegiyası “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nda dəyişiklik edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı kollegiya müvafiq qərar qəbul edib. Dəyişikliyə əsasən, qaydanın 3.6-cı bəndində yer alan “14.5.1-1.9-cu” sözləri “14.5.1-1.3-cü” sözləri ilə əvəz olunub. Qeyd olunan bəndə görə, öz-özünü sığortaedənlərin, eləcə də “Sosial sığorta […]
