Sosial
Övladlığa uşaq götürülmə ilə bağlı qaydalarda YENİLİKLƏR
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydasında dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, bundan sonra valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın […]
Cəbrayılda 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl rayonuna köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir. Canlixeber.com xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb. Həmin sakinlərdən artıq 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 910 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 50-dək şəxs üçün özünüməşğulluq proqramı […]
Bu ilin ilk 9 ayında məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin ilk 9 ayında məişət zorakılığından zərər çəkmiş 46 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib. Canlixeber.com xəbər verir ki, bu barədə ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, onlardan 26 nəfəri uşaqlardır. Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı […]
Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.
Sabah Azərbaycanda pensiyalar tam ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sentyabrın 22-də Azərbaycan üzrə pensiyaların tam ödənilərək yekunlaşdırması nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Fond məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb – Rəqəmlər
Azərbaycanda son beş ildə psixi pozuntular və davranış pozuntuları, eləcə də sinir sistemi xəstəlikləri ilə bağlı diaqnoz qoyulan şəxslərin sayında artım qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Məlumata görə, son beş ildə psixi pozuntular və davranış pozuntuları ilə bağlı 2010-cu ildə 11 201, 2015-ci ildə 7 764, 2020-ci […]
Körpə həkimlərin köməyilə həyata qaytarıldı
16.06.2026-cı il təvəllüdlü qız körpə ağır gedişli suçiçəyi (varicella) və onunla əlaqəli ağırlaşmalar fonunda 31.08.2026-cı il tarixində Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Yenidoğulmuşların reanimasiyası şöbəsinə hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb. Hospitalizasiya zamanı vəziyyəti ağır qiymətləndirilən və huşu aydın olmayan […]
Azərbaycanda doğulanların sayı azalıb
Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrində məlumat verilib. Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən doğum […]
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 14 215 nəfər və ya 0.14% artaraq 2026-cı il avqustun 1-i vəziyyətinə 10 276 566 nəfərə çatıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, ölkə əhalisinin 54.3%-ni şəhər, 45.7%-ni kənd sakinləri təşkil edir. Əhalinin 49.8%-i kişilər, 50.2%-i isə qadınlardır.
Tələbələrə ictimai nəqliyyatda yeni güzəşt: Xərclədikləri məbləğin 10%-i geri qayıdır – RƏSMİ
Tələbələr BakıKart üzrə gediş haqqını TələbəPlus kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki TələbəPlus kartı, həm də QR ödənişləri zamanı keçərlidir. Canlixeber.com xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bildirilib ki, ilin sonunadək tələbələr BakıKart üzrə nəqliyyat ödənişlərinə xərclədikləri məbləğin 10%-ni bonus şəklində gündəlik say limiti olmadan geri […]
