Siyasət
Prezident almaniyalı həmkarını təbrik etdi
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. Canlixeber.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı olaraq ikitərəfli dövlətlərarası əlaqələrin və […]
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. Canlixeber.com xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəyə görə Ladislau-Marius Vizerə minnətdarlığını bildirdi, artıq ikinci dəfədir ölkəmizin bu mötəbər idman tədbirinə ev sahibliyi etdiyini deyib. Prezident İlham Əliyev […]
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini “Dostluq” ordeni ilə təltif edib
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer “Dostluq” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer “Dostluq” ordeni ilə təltif edilib.
Kəmaləddin Heydərov FHN-in strukturunu dəyişdi: Yeddi idarə şöbəyə çevrildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Canlixeber.com xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib, iki idarə ləğv edilib, bir yeni idarə yaradılıb. Belə ki, Vüsalə Ömərlinin rəhbərlik etdiyi idarə Fövqəladə halların xəbərdar edilməsi şöbəsinə, Vidadi Məmmədovun rəhbərlik etdiyi […]
Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib
Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydan sonrakı dövr üçün fəaliyyəti qənaətbəxş hesab edilib. Canlixeber.com xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında buna dair təkliflər irəli sürülüb və məsələ səsə qoyularaq yekdilliklə təsdiq olunub.
Prezident: “Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq”
“Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq”. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib. “Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Prezidenti: “Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək”
“Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır”. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin xərcləndiyini deyən dövlətimizin başçısı deyib: “Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib. Onların böyük hissəsi başa çatıb […]
Prezident İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”
“Enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”. Canlixeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib. “Çünki enerji təhlükəsizliyi – bu, hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq”, – deyə dövlətimizin başçısı əlavə […]
Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir”
“Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir: xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr ki, bunların da istehsalı üçün əsas mənbə enerjidir”. Canlixeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı söyləyib.
Azərbaycan Prezidenti: “Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik”
“Heç vaxt hansısa ölkəyə qarşı iküzlülük, riyakarlıq göstərməmişik”. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib. “Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik”, – deyən dövlətimizin başçısı qeyd edib ki, amma biz heç vaxt onlar kimi ola bilmərik. Prezident, həmçinin vurğulayıb: “Biz […]
