Prezi İlham Əliyev
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
“Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin”. Canlixeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı, həmçinin bildirib: “Ümid edirəm ki, Bakıda keçiriləcək Azərbaycan-Laos biznes-forumu bu istiqamətdə önəmli addım olacaq”.
Azərbaycan Prezidenti: “Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir”
“Siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir”. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında bildirib. “Otuz ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk. Bu, bu gün də […]
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. Canlixeber.com xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verib. Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı […]
İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı sərəncam
Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.
Azərbaycan Prezidenti: “Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək”
“Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır”. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin xərcləndiyini deyən dövlətimizin başçısı deyib: “Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib. Onların böyük hissəsi başa çatıb […]
