Siyasət
Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya
Azərbaycan Xarici İşlər Nazirliyi Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisinin dron hücumuna məruz qalması məsələsi ilə bağlı rəsmi açıqlama yayıb. Canlixeber.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Rüstəm İsmayıl oğlu Həsənov həlak olub. Digər vətəndaşımız 2002-ci il […]
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. Canlixeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimi izləyib.
Prezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib. Canlixeber.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Ölkələrimiz arasında dost və qardaş münasibətlərin olduğunu deyən dövlətimizin başçısı iqtisadi əməkdaşlığı siyasi əlaqələrin səviyyəsinə çatdırmağın, […]
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. Canlixeber.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib və Azərbaycan dilində deyib: “Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram”. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə […]
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. Canlixeber.com xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verib. Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı […]
İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı sərəncam
Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.
İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. Canlixeber.com xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb: “Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı”.
Azərbaycan XİN Lesotonu təbrik etdi
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Lesotonun Müstəqillik Gününü təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib. “Lesotonun Milli Bayramı münasibətilə Lesoto Krallığının xalqına və Hökumətinə səmimi təbriklər! Milli Bayramınız mübarək!”, – paylaşımda deyilir.
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb. Canlixeber.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin sosial media hesabında məlumat yayılıb. Bildirilib ki, bu gün səhər saatlarında baş tutan telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son vəziyyəti və əlaqələrə dair məsələlər müzakirə […]
İlham Əliyevdən Koreya və İraq prezidentlərinə məktub
Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb. Canlixeber.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Koreya arasında əlaqələr dostluğa, qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa əsaslanır. Biz Koreya ilə münasibətlərimizin […]
