2 mins read

Qara dənizdə hücuma məruz qalan gəmidə 8 azərbaycanlı olub

Qara dənizdə, Bolqarıstan sahilləri yaxınlığında “CHELSEA-3” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Gəmidə olan 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə oktyabrın 13-də gecə saat 01:30 radələrində Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara […]

1 min read

“Sabah”ın “Slaviya Praqa”ya qarşı oyunu hansı kanalda yayımlanacaq?

Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun ilk oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, gecənin əsas qarşılaşmalarından birində təmsilçimiz “Sabah” klubu Bakıda Çexiyanın “Slaviya Praqa” klubunu qəbul edəcək. Azərbaycanda azarkeşlər “Sabah” – “Slaviya Praqa” oyununu Bakı vaxtı ilə saat 20:45-dən etibarən İctimai TV-də izləyə biləcəklər. Gecənin digər maraqlı qarşılaşmalarında “Qalatasaray” İstanbulda İspaniyanın “Barselona” […]

1 min read

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına başsağlığı verib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. “Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə və xalqına, eləcə də mülki infrastruktura qarşı törədilmiş son hücumlar nəticəsində həyatını itirən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq. Həlak olanların ailələrinə bu […]

1 min read

Laos prezidenti Zəfər parkını ziyarət edib

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Bakıda Zəfər parkını ziyarət edib. Canlixeber.com xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Laos prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi […]

1 min read

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. Canlixeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik […]

1 min read

İlham Əliyevin adından Laos prezidentinin şərəfinə rəsmi nahar verilib

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. Canlixeber.com xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı zaman 1986-cı […]

1 min read

Thonqlun Sisulit: “Azərbaycanın inkişafının şahidi oluram”

“Mən Bakıda 44 il əvvəl olmuşam və yenidən bu gün Bakıdayam. Bakının sürətli inkişafını və Azərbaycanın bir ölkə kimi inkişafının şahidi oluram”. Canlixeber.com xəbər verir ki, bu sözləri Laos Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. Azərbaycanda hər şeyin yeni olduğunu deyən Thonqlun Sisulit bildirib: “44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə […]

1 min read

Laos prezidenti: “Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar”

“Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları tərəfindən Laosa daha çox investisiya yatırılacaq”. Canlixeber.com xəbər verir ki, bu sözləri Laos Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib. O deyib ki, daha çox ticarət olacaq, daha çox turistlər səfər edəcək və mədəniyyət sahəsində mübadilələr həyata keçiriləcək.

1 min read

İlham Əliyev: “Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb”

“Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb”. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında bildirib. İndi daha çox yüklərin aşkar olunması, yeni ünvanlardan yüklərin səfərbər edilməsi və yüklərin həcminin artırılması ilə məşğul olduğumuzu deyən dövlətimizin başçısı vurğulayıb: “Ümid edirəm ki, gələcəkdə hər iki tərəfdə reallaşan bütün […]

1 min read

Prezident: “Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir”

“Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir”. Canlixeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyib ki, milyardlarla dollar səviyyəsində olan sərmayələr bizim həm imkanlarımızı göstərir, eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir.