Siyasət
Azərbaycanın Qazaxıstandakı səfiri dəyişdirildi
Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentdən Tacikistandakı səfirlə bağlı SƏRƏNCAM
Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Qəvvam oğlu Əskərov geri çağırılıb. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Əlimirzamin Əskərov 2021-ci ilin 16 iyul tarixində bu vəzifəyə təyin edilmişdi. Prezidentin digər sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İlham Əliyev Elçin Hüseynlini səfir vəzifəsindən geri çağırdı – YENİ TƏYİNAT
Elçin Nəriman oğlu Hüseynli Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Banqladeş Xalq Respublikasında, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Prezident digər sərəncamla Elçin Hüseynlini Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Paraqvay Azərbaycana fəxri konsul təyin edib. Oxu.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin mənzil-qərargahı Ankarada olan Azərbaycan üzrə səfiri Gillermo Sosa (Cirilo Guillermo Sosa Flores) deyib. O bildirib ki, bu vəzifəyə Tərlan Məmmədov təyin edilib: “İnanırıq ki, onun fəaliyyəti Azərbaycan ilə Paraqvay arasında kommersiya, mədəni və institusional əlaqələrin inkişafına mühüm töhfələr verəcək”.
Azərbaycanın İstanbuldakı konsulu geri çağırılıb
Nərminə Elsevər qızı Mustafayeva Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Kolumbiya 15 ölkədə, o cümlədən Azərbaycanda səfirlikləri bağlayacaq
Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo de la Esprielya dövlət xərclərinin optimallaşdırılması siyasəti çərçivəsində ölkəsinin 15 dövlətdə, o cümlədən Azərbaycandakı səfirliklərini bağlamağı planlaşdırdığını bildirib. Canlixeber.com Kolumbiya mediasına istinadən xəbər verir ki, bu barədə o, televiziya ilə müraciətində bildirib. De la Esprielya qeyd edib ki, inauqurasiya anından etibarən o, Kolumbiyanın ən azı 15 səfirliyini bağlayacaq. Bunlar Əlcəzair, Azərbaycan, […]
Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Canlixeber.con xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, M.Yevdayev Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının […]
İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək
İcbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydası hazırlanacaq. Canlixeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Tibbi sığorta haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti icbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının […]
Prezident İlham Əliyev “Kraudfandinq haqqında” qanunu təsdiqləyib
Prezident İlham Əliyev “Kraudfandinq haqqında” qanunu təsdiqləyib. Canlixeber.com xəbər verir ki, qanun 7 fəsil, 23 maddədən ibarətdir, Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir. Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə […]
Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyyənləşib. Canlixeber.com xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edib. Qərara əsasən, su obyektlərinin dövlət monitorinqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatının monitorinqi aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyi […]
