Siyasət
Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası və propan daşıyan 10 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, tədarükə 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, […]
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilib
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, bu barədə 11 vaqondan ibarət, çəkisi 1 108 ton olan buğda və dörd vaqondan ibarət, çəkisi 273 ton olan arpa “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. İndiyə qədər Rusiyadan Ermənistana […]
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2725 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , […]
Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı, son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və […]
Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lixtenşteyn Knyazlığı hökuməti və xalqını Milli Gün münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə XİN-in rəsmi “X” hesabında paylaşım olunub.
Azərbaycan XİN Konqonu Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Konqo Respublikası hökuməti və xalqını Milli Gün münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə XİN-in rəsmi “X” hesabında paylaşım edilib.
Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 8 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, tədarükə çəkisi 560 ton olan buğda daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, […]
Ötən ay Azərbaycanda qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarılıb
Cari ilin iyul ayı ərzində ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 132 qərar qəbul edilib. Canlixeber.com xəbər verir ki, bu barədə DMX məlumat yayıb. Bildirilib ki, həmçinin Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin iyul ayı ərzində Avropa ölkələrindən 93 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı – SƏRƏNCAM
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Canlixeber.com bununla bağlı President.az-a istinadən xəbər verir. Sərəncam Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə imzalanıb. Belə ki, Naxçıvan Muxtar […]
Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ekvadoru Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşılıb. “Ekvador Respublikasının Milli Günü münasibətilə Ekvador xalqına və hökumətinə səmimi təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Ekvador!”, – məlumatda qeyd olunub.
