Vyetnam
Vyetnamın vitse-prezidenti Azərbaycana səfərə gəlib
Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 14-də Azərbaycana səfərə gəlib. Canlixeber.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyetnamın vitse-prezidentini Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamı Müstəqillik Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, mətndə deyilir: “Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı […]
