1 min read

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycanı təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib. “Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü mübarək olsun!” – deyə paylaşımda bildirilib.

2 mins read

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Özbəkistanda səfərdədir. Canlixeber.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Daşkənddə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra Özbəkistan Həmkarlar İttifaqları Federasiyasında keçirilən görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişafı istiqamətləri müzakirə olunub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin, davamlı inkişaf edən strateji tərəfdaşlığın həmkarlar […]

3 mins read

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Canlixeber.com xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyənləşdirilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Cümhuriyyətin beynəlxalq […]

1 min read

YAP Gənclər Birliyinin yeni tərkibi müəyyənləşib, yeni sədr təyin olunub

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasında YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət yeni tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub. Canlixeber.com xəbər verir ki, bu barədə YAP məlumat yayıb. Məlumata görə, Kərimli Gülüstan Əfsər qızı Gənclər Birliyinin sədri, Fəyyaz Nəzrin Cavid qızı və İbrahimli Elvin Soltan oğlu sədr müavinləri təyin olunublar. Qeyd edək ki, […]

2 mins read

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

Yerli təşkilatlar tərəfindən keçirilən müşavirələrdə bir sıra ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməsi və onun bütün dövlət təltiflərindən məhrum edilməsi tələbləri irəli sürülüb, yerli təşkilat sədrlərindən bu məsələnin partiya rəhbərliyi qarşısında qaldırılması xahiş olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) məlumat yayıb. Məlumata görə, bunu YAP Sədrinin […]

1 min read

Həlak olan minatəmizləyənlərin ailələri üçün yeni güzəşt

“Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak […]

1 min read

Əli Həsənova yeni vəzifə verilir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilir. Canlixeber.com “Teleqraf”a istinadən xəbər verir ki, Ə.Həsənovun YAP-ın yeni seçilmiş idarə heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədri seçiləcəyi bildirilir. Eyni zamanda Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr seçiləcək. Qeyd edək ki, Veteranlar […]

1 min read

Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi Sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Astanov Elvin Əmrah oğlu Qasımov Ramil Famil oğlu Məmmədov Pərvin Rasim oğlu Musayev Oloxan İsayeviç.