Siyasət
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. Canlixeber.com xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib. Sonra birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini dərin hörmətlə anıb.
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanat yayıb. Canlixeber.com bəyanatı təqdim edir: “2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən altı il ötür. Həmin gün Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, münaqişənin doğurduğu ağır humanitar nəticələrin aradan qaldırılması, insan itkilərinə səbəb olmuş müharibə cinayətlərini törətmiş şəxslərin […]
Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb. Canlixeber.com xəbər verir ki, bəyanatda deyilir: “27 sentyabr – Anım Gününün növbəti ildönümündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik. 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən […]
Mehriban Əliyeva 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib. Canlixeber.com xəbər verir ki, paylaşımda deyilir: “Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır!”
İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. Canlixeber.com paylaşımı təqdim edir:
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb. Canlixeber.com xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda “Formula-1” yarışlarının yüksək səviyyədə təşkil edildiyi bildirilib. Ölkəmizin turizm potensialının təbliği baxımından bu yarışların əhəmiyyəti vurğulanıb. Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası və klublar […]
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. Canlı xəbər.com xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə, o cümlədən qış idman növü üzrə yarışlara uğurla ev sahibliyi etdiyi xatırlanaraq, bu xüsusda Bakıda keçirilən “Formula-1” yarışlarının da yüksək səviyyədə təşkil olunduğu vurğulanıb. Azərbaycanda […]
Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əş-Şaar ilə görüşüb. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti vurğulanıb. Azərbaycan ilə Suriya arasında münasibətlərin son dövrdə müsbət dinamika ilə inkişaf etdiyi vurğulanıb. Azərbaycan ilə Suriya arasında münasibətlərin […]
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. Canlixeber.com bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.
Azərbaycan Prezidenti: “ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür”
“Azərbaycan iri maliyyə resursları hesabına istənilən texnologiyanı əldə edə bilsə də, ölkənin dayanıqlı inkişafında kadr potensialı və toplanmış təcrübə əsas rol oynayır”. Canlixeber.com xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib. Dövlətimizin başçısı bildirib ki, ölkədə savadlılıq səviyyəsinin 100 faizə yaxın olması və təhsil sahəsində görülən geniş […]
