1 min read

İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısında dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti və “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək müəssisələrin siyahısından çıxarılıb.

1 min read

Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib. Dövlətimizin başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.

1 min read

Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib: II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi Sənan İsa oğlu Paşayevə – Naxçıvan Muxtar Respublikasının prokuroru III dərəcəli dövlət […]

1 min read

Bir qrup prokurorluq əməkdaşına medallar verildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, sərəncama əsasən, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşları təltif ediliblər: “Tərəqqi” medalı ilə Abbasov Mahir Fəxrəddin oğlu Əliyev Vüsal Azad oğlu İsayev Orxan Elşad oğlu Qarayev Teymur Fəxrəddin oğlu “Prokurorluq orqanlarında qulluqda […]

1 min read

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. Canlixeber.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr – Anım Günü ilə bağlı paylaşımında bildirib. “Anım Günü münasibətilə Qarabağı işğaldan azad etmək və onu yenidən azadlığına qovuşdurmaq uğrunda mübarizə aparmış qəhrəman şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə dərin ehtiramımı bildirirəm. Qarabağ Azərbaycan […]

1 min read

Türkiyə səfirliyi: Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib. “Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların bizə əmanət etdiyi qardaşlığımızı uca tuturuq. Türkiyə və Azərbaycan olaraq, “Bir millət, iki dövlət” ruhunda çiyin-çiyinə […]