Siyasət
Türkiyə XİN Azərbaycanı təbrik etdi
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycanı təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib. “Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü mübarək olsun!” – deyə paylaşımda bildirilib.
Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Özbəkistanda səfərdədir. Canlixeber.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Daşkənddə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra Özbəkistan Həmkarlar İttifaqları Federasiyasında keçirilən görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişafı istiqamətləri müzakirə olunub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin, davamlı inkişaf edən strateji tərəfdaşlığın həmkarlar […]
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Canlixeber.com xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyənləşdirilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Cümhuriyyətin beynəlxalq […]
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib
Valeh Feyruz oğlu Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. O bu ordenə Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
YAP Gənclər Birliyinin yeni tərkibi müəyyənləşib, yeni sədr təyin olunub
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasında YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət yeni tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub. Canlixeber.com xəbər verir ki, bu barədə YAP məlumat yayıb. Məlumata görə, Kərimli Gülüstan Əfsər qızı Gənclər Birliyinin sədri, Fəyyaz Nəzrin Cavid qızı və İbrahimli Elvin Soltan oğlu sədr müavinləri təyin olunublar. Qeyd edək ki, […]
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
Yerli təşkilatlar tərəfindən keçirilən müşavirələrdə bir sıra ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməsi və onun bütün dövlət təltiflərindən məhrum edilməsi tələbləri irəli sürülüb, yerli təşkilat sədrlərindən bu məsələnin partiya rəhbərliyi qarşısında qaldırılması xahiş olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) məlumat yayıb. Məlumata görə, bunu YAP Sədrinin […]
Həlak olan minatəmizləyənlərin ailələri üçün yeni güzəşt
“Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak […]
Əli Həsənova yeni vəzifə verilir
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilir. Canlixeber.com “Teleqraf”a istinadən xəbər verir ki, Ə.Həsənovun YAP-ın yeni seçilmiş idarə heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədri seçiləcəyi bildirilir. Eyni zamanda Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr seçiləcək. Qeyd edək ki, Veteranlar […]
Azərbaycanda yeni qanun qəbul ediləcək
Milli Məclisə yeni qanun layihəsi daxil olub. Canlixeber.com xəbər verir ki, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsi müzakirə ediləcək.
Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam
Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi Sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Astanov Elvin Əmrah oğlu Qasımov Ramil Famil oğlu Məmmədov Pərvin Rasim oğlu Musayev Oloxan İsayeviç.
