Kriminal
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avqustun 28-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bundan başqa, ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı […]
Ötən gün 2 avtomat silahı, 6 tüfəng aşkarlanıb
Avqustun 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 6 tüfəng, 2 patron darağı və 69 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam […]
Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını götürüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə […]
Bakıda marketdən 225 manatlıq şokolad və “Red Bull” oğurlandı
Bakının Nərimanov rayonunda marketdən oğurluq edən şəxs məsuliyyətə cəlb edilib. Canlixeber.com xəbər verir ki, hadisə rayonunun X.Şuşinski küçəsi 59 ünvanında yerləşən “Bravo” marketdə baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Asim Məmmədov (ad-soyad şərti verilib – red.) marketdən 225 manat dəyərində şokolad və “Red Bull” oğurlayıb. Məmmədov Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin […]
Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib
Avtoxuliqanlıq edən sürücü 1 il sürücülük hüququndan məhrum edilib. Canlixeber.com xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü E.Abdullayev saxlanılıb. O, idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradıb. […]
KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxladı
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin həyata keçirdiyi növbəti tədbirlərlə saxlanılan Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənovun ölkə ərazisində fəaliyyəti qadağan olunan “Xbet”, “MostBet” və “Vimpay” platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyən olunub. Canlixeber.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, təqsirləndirilən şəxslərin paytaxt ərazisində icarəyə […]
Nigar Fərhad sərbəst buraxıldı
Çoxsaylı şikayətlər əsasında saxlanılan “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb. Canlixeber.com xəbər verir ki, istintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyib. Aparıcı bir neçə saat izahat verdikdən sonra sərbəst buraxılıb. Digər yeni məlumat ondan ibarətdir ki, “AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin icraatına verilib. […]
Gəncədə 64 yaşlı qadın qətlə yetirilib, oğlu şübhəli bilinir
Gəncə şəhərində 64 yaşlı qadın qətlə yetirilib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazarlardan birində qeydə alınıb. 1962-ci il təvəllüdlü Laləzər Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, qadının qətlində oğlu şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.
Tarix və mədəniyyət abidələrinin qorunması diqqətdə saxlanılır – Baş Prokurorluq
Tarix və mədəniyyət abidələrində qanunsuz rekonstruksiya işlərinin qarşısının alınması ilə bağlı tədbirlər görülür Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Nəsimi və Xəzər rayonlarında yerləşən dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində müvafiq razılaşdırma aparılmadan təmir, bərpa, yenidənqurma və digər işlərin görülməsi ilə bağlı Mədəniyyət Nazirliyindən daxil olmuş […]
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Niyaz Mirzəyev saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvandan xüsusi olaraq qulluq edərək yetişdirdiyi narkotik tərkibli bitkilər və narkotik vasitələr aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb, N.Mirzəyev […]
