Dünya
Ali Radanın deputatı Zelenskinin varisini açıqladı
“Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər”. Canlixeber.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün “Telegram” kanalında bildirib. “Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq. Bu imkansızdır. Biz Zelenskinin yerinə başqa heç kimi prezident təyin edə bilmərik. Bu vəzifəni yalnız parlamentin rəhbəri tuta bilər. […]
Səudiyyə Ərəbistanında kəşfiyyat helikopteri qəzaya uğradı, ölənlər var
Səudiyyə Ərəbistanının cənub-qərbindəki Nəcran əyaləti ərazisində “AH-6i” tipli kəşfiyyat helikopteri qəzaya uğrayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin və Ərəb Koalisiyasının rəsmi nümayəndəsi Turki əl-Maliki “X” sosial şəbəkəsində ildirib. Onun sözlərinə görə, qəzaya texniki nasazlıq səbəb olub. Hadisə nəticəsində iki heyət üzvü həlak olib. Helikopter Səudiyyə Ərəbistanı Milli Qvardiya Nazirliyinin nəzarətində […]
Hindistanda yük maşını zəvvarların üzərinə çırpılıb, 12 nəfər ölüb
Hindistanın Qvalior şəhərində yük maşınının zəvvarların üzərinə çırpılması nəticəsində 12 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, bu barədə yerli polis rəisi Dharmvir Singh məlumat verib. Hadisə Şitala Mata məbədinin yaxınlığında baş verib. Düyü daşıyan yük maşınının sürücüsü idarəetməni itirib, avtomobil polis maneələrini keçərək insanlara və məbədin giriş qapısına çırpılıb. Məlumata görə, […]
Pakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib
Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib. Canlixeber.com xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası “PTV” məlumat yayıb. “Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanının səbəbsiz atəşinə ağır silahlardan istifadə etməklə effektiv cavab verib”, – deyə məlumatda qeyd olunub. Qeyd olunub ki, cavab zərbəsi nəticəsində Əfqanıstan […]
Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləməni qanuni hesab edib. Məhkəmə dini azadlığa qoyulan məhdudiyyətlərə baxmayaraq, məktəbdə sülhün və asayişin qorunmasının prioritet […]
Türkiyədə istintaq: İki məmur həbs edildi
Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzrə istintaq başladılıb. Etimesgut Bələdiyyəsi ilə bağlı istintaq çərçivəsində yeddi şübhəli həbs edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat […]
Hindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı
Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Canlixeber.com xəbər verir ki, bu barədə “India Today” nəşri məlumat yayıb. “Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, lakin qadağa pozulub. Saxlanılma ictimai asayişin pozulmasına dair narahatlıqlarla əlaqəlidir”, – deyə Nyu-Delhi polisi bildirib. Abxicit […]
Pakistanda şiddətli zəlzələ
Pakistanda 5.6 bal gücündə zəlzələ baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib. Məlumata görə, yeraltı təkanlar səhər saatlarında 141 mindən çox insanın yaşadığı Xuzdar şəhərindən 49 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub
Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Al Jazeera” Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatına görə, hadisə ötən gün baş verib. Ekipajın bütün üzvləri təxliyə ediliblər. Qeyd olunub ki, hadisə nəticəsində ətraf mühit üçün mənfi […]
Tramp Səudiyyə Ərəbistanını husilərlə mübarizədə İsrailin yardımını qəbul etməyə çağırıb
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanı Yəməndə husilərə (“Ənsar Allah” hərəkatı) qarşı mübarizədə İsrailin yardımını qəbul etməlidir. Canlixeber.com xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. O, İsrailin artıq Səudiyyə Ərəbistanına böyük kömək göstərdiyini və bundan sonra da belə edəcəyini bildirib. ABŞ lideri, həmçinin Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin […]
