Cəmiyyət
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Oktyabrın 5-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda duman müşahidə olunacaq. Bununla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Oktyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15, gündüz 18-22 dərəcə isti olacaq. […]
Vətən müharibəsi iştirakçısına vəzifə verildi
Cəlilabad Rayon İcra Hakimiyyətinin Kövüzbulaq kənd inzibati ərazi dairəsi üzrə yeni icra nümayəndəsi təyin olunub. Canlixeber.com xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Orxan Qafur oğlu İmanov təyin edilib. Qeyd edək ki, Orxan İmanov Vətən müharibəsi iştirakçısıdır.
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA
Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Qeyd olunub ki, yağıntılar ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv və güclü olub. Bundan başqa dağlıq ərazilərə – Qrız, Xınalıq, Şahdağ, Qusar və Şahbuz rayonunun yüksəkliklərinə isə qar […]
Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir. Görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Oktyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14°, gündüz 16-18° isti […]
Bəzi ərazilərə qar yağmağa davam edir – Faktiki hava
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Quba, Qusar, Sarıbaş (Qax), Oğuz, Xaltan, Şabran, Xızı, Qəbələ, İsmayıllı, Qobustan, Zaqatala, Şamaxı, Şəki, Daşkəsən, Göygöl, Ağdam, Gəncə, Şəmkir, Tərtər, Tovuz, Goranboy, […]
Bir neçə yolda sürət həddi endirildi
Bakıda hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilərək portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan […]
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı? Canlixeber.com xəbər verir ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən […]
Bakının bu yolu bağlanır – Tarix açıqlandı
“İçərişəhər” qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətinin təşkilində dəyişikliklər ediləcək. Canlixeber.com xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb. Bildirilib ki, dəyişikliklərə əsasən, cari ilin 15 […]
