1 min read

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

2 mins read

BDYPİ Əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 27-dən 30-dək Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində küləkli və yağıntılı hava şəraitinin müşahidə olunacağı, bəzi ərazilərdə küləyin güclənəcəyi bildirilir. Həmçinin ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı və qısamüddətli sel keçəcəyi ehtimal olunur. Canlixeber.com xəbər […]

1 min read

Bəzi rayonlara leysan yağıb, külək güclənib – FAKTİKİ HAVA

Avqustun 27-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, əksər rayonlarda hava şəraiti, əsasən, yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Sarıbaş (Qax), Gədəbəydə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, […]

9 mins read

Ali Məhkəmə: Şifahi razılaşmalar risk yaradır

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə yeni qərar qəbul edib. Canlixeber.com xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Bildirilib ki, ərarda podrat müqaviləsinin hüquqi mahiyyəti, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələbləri və “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, […]

1 min read

DİN-dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq

Sosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları müşahidə olunur. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş yazışmaların bərpası, “xaker” və digər rəqəmsal xidmətlər təklif olunur. Ödəniş alındıqdan sonra isə xidmət göstərilmir […]

2 mins read

Gözlənilən güclü külək və yağışla bağlı ƏHALİYƏ MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-dək güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır: “Qeyd olunanları nəzərə alaraq, […]

1 min read

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 27-30-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, […]

1 min read

Bu gün hava necə olacaq?

Avqustun 27-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi […]

1 min read

Bəzi ərazilərdə işıq kəsiləcək

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 27-də paytaxtda bir sıra transformator məntəqələrində təmir-təftiş və sınaq işləri həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan saat 13:00-dək Abbasqulu ağa Bakıxanov, Murtuza Muxtarov küçələri […]

2 mins read

Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı

Rusiyanın Tver vilayətindəki uşaq düşərgəsinə gətirilən “Papa mojet” sosislərində salmonella aşkar edildiyi iddia olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sözügedən məhsulu nəzarətə götürüb. Canlixeber.com xəbər verir ki, AQTA-dan bildirilib ki, cari ilin ötən dövrü ərzində həyata keçirilən nəzarət tədbirləri zamanı “Ostankino” ət emalı müəssisəsindən idxal olunan məhsullarda, o cümlədə sosislərdə hər hansı uyğunsuzluq müəyyən edilməyib: […]