Cəmiyyət
Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub
Biləsuvar rayonunda elektrik enerjisinin verilişi bərpa olunub. Canlixeber.com xəbər verir ki, ötən gün elektrik enerjisinin verilişində yaranan fasilə səbəbindən Biləsuvar şəhərinin və rayonun bir sıra kəndlərinin böyük hissəsi işıqsız qalmışdı. Qeyd edək ki, hadisə zamanı rayon ərazisində ildırımla müşayiət olunan yağışlı hava şəraiti hökm sürüb.
Paytaxtda yağış yağacaq
Oktyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 767 […]
Dilarə Əliyevaya vəzifə verildi
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. Canlixeber.com “Olay”a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan əməkdar artist yaxın aylarda yenidən ekranlara qayıdacaq.
Bəzi rayonlara qar yağıb – FAKTİKİ HAVA
Oktyabrın 24-ü saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-dir. Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb. Respublikanın […]
BDYPİ: Həftəsonu yollarda hərəkət intensivliyinin artması və mövcud hava şəraiti ilə bağlı məlumat
Hazırda ölkəmizdə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət […]
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin […]
Bu gün hava necə olacaq?
Oktyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 19-22° isti […]
Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
“Bakıda sayca 3-cü yerüstü metro stansiyasının tikintisi davam etdirilir”. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Tikinti lahiyələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib. O bildirib ki, stansiyada platforma və inzibati sahələrin tikintisi artıq başa çatdırılıb: “Hazırda üzlənmə işləri aparılır. Bu işlər başa çatdırılandan sonra infrastrukturun qurulmasına başlanacaq. Bütün […]
Metroda “qırmızı xətt” üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək
“AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb. Canlixeber.com xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən məlumata görə, dalan yolunun təkrar istismara verilməsi ilə yaxın günlərdə “Həzi Aslanov” – “Əhmədli” mənzilində məkik hərəkət ləğv olunacaq. “İçərişəhər” – “Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa […]
Bəzi ərazilərdə işıq olmayacaq
Oktyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naqillərin yenilənməsi işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunub ki, həmçinin Abşeron RETSİ-nin xidməti ərazisində 35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində təmir […]
