Cəmiyyət
M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni 1 aşırımlı körpünün inşasına start verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, hazırda ərazidə svay vurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür. […]
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. “İyunun 4-də Yasamal, Nizami və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində təmir və yenidənqurma işləri aparılacaq. Transformator Məntəqəsində (TM) həyata keçirilən təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal rayonunun Məhəmməd Naxçıvani, Fuad İbrahimbəyov, […]
Yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
Azərbaycanın iyunun 4-6-da əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Bu gün hava necə olacaq?
İyunun 4-ə gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, […]
Naxçıvanda idarə rəisi İŞDƏN ÇIXARILDI –
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Yusif Axundov öz ərizəsi əsasında vəzifəsindən azad edilib. Canlı xəbər.com xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev əmr imzalayıb.
Bakı və Abşeronda yeni yollar salınacaq: Prospektlər birləşəcək
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində paytaxtın yol-nəqliyyat şəbəkəsinin optimallaşdırılması və sıxlıqların aradan qaldırılması məqsədilə strateji əhəmiyyətli layihələrin icrası davam edir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilir ki, sürətli məskunlaşma və tələbat fonunda Mehdiabad, Binəqədi və ətraf ərazilərdən […]
Əli Əhmədovun oğlu baş həkim təyin edildi
Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub. Canlixeber.com Modern.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib. Məlumatı Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər. Bildirilib ki, yeni baş həkim təyinatı dünən olub və artıq kollektivə də təqdim edilən Fikrət Əhmədov bu gündən işə çıxıb. Qeyd […]
İşğaldan azad olunan ərazilərə köçürülən əhalinin sayı AÇIQLANDI
“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərə köç prosesi davam edir. Köçürülən ailələr içməli su ilə təmin edilirlər. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib. Məlumata görə, Şuşa şəhərinə 368 ailə, Xocavənd şəhərinə 231 ailə, Hadrut qəsəbəsinə 61 ailə, Qırmızıbazar qəsəbəsinə 162 […]
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq. Canlixeber.com xəbər verir ki, bu, Milli Məclisinin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri sırasında olacaq. […]
Azərbaycanlı hakim beynəlxalq elmi nüfuz göstəricisində ölkə üzrə lider oldu
Nəsimi Rayon Məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru Nail Abbasov beynəlxalq elmi qiymətləndirmə sistemlərində istifadə olunan H-indeks göstəricisinə görə, Azərbaycan hüquq alimləri arasında ən yüksək nəticəyə nail olub. Canlixeber.com xəbər verir ki, hazırda Nail Abbasovun H-indeksi 11-dir ki, bu da onun elmi əsərlərinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən tədqiqatçılar tərəfindən geniş istifadə edildiyini və həmin […]
