1 min read

Bu gün hava necə olacaq?

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-19° isti olacaq. Atmosfer […]

1 min read

Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel […]

1 min read

Laçında Həkəri çayı üzərində yeni su anbarı inşa ediləcək

“Həkəri çayı üzərində 100 milyon kubmetrlik su anbarı tikiləcək”. Canlixeber.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib. O bildirib ki, Laçın rayonunda Həkəri çayı üzərində içməli su təyinatlı su anbarının tikintisi nəzərdə tutulub: “2026-cı il iyulun 11-də Prezidentin iştirakı ilə layihənin təməlqoyma mərasimi keçirilib. Su anbarının ümumi həcmi […]

2 mins read

Bakıda yeni park salınır

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, parklar və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. Qeyd olunub ki, paytaxtımızda yaradılan növbəti istirahət parkı paytaxtın Nəsimi rayonu 28 May küçəsində “The Ritz-Carlton Baku” otelinə qədər olan […]

1 min read

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Bu gün təmir işləri ilə əlaqədar Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 27-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir […]

1 min read

Bu gün hava necə olacaq?

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah 21 dərəcə isti olacaq. Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-21° isti […]

1 min read

Tanınmış jurnalistə yeni vəzifə verildi

Jurnalist Zakirə Zakirqızına “Azad Azərbaycan” televiziyasında (ATV) vəzifə verilib. Canlixeber.com xəbər verir ki, o, televiziyanın baş redaktoru təyin olunub. Qeyd edək ki, Z.Zakirqızı uzun illərdir mediada çalışır və müxtəlif mətbuat orqanlarında işləyib. O, bir müddət “ATV maqazin”in baş redaktoru olub.

2 mins read

Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli restoranın fəaliyyətini dayandırıb

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən “El Pizza” restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki: Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud […]

1 min read

Ötən həftə 997 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə 19-25 oktyabrda 42 tank əleyhinə mina, 122 piyada əleyhinə mina, 526 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Hesabata əsasən, həmin müddət ərzində 997 hektar ərazi minalardan təmizlənib. Qeyd […]

2 mins read

Bakıda ağacları kəsərkən qayda pozuntusuna yol verən əməkdaş işdən çıxarılıb

Ağacların kəsilməsi zamanı qayda pozuntusuna yol verən Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı işdən azad edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumatı verilib. Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda, 28 May küçəsində yeni parkın salınması üçün görülən işlərin icrası zamanı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən bir ağacın kəsilərkən aqrotexniki qaydalara riayət olunmaması […]