Cəmiyyət
NİİM: Yollarda quraşdırılan cihazların elektron protokol tətbiq etmək funksiyası yoxdur
Sosial şəbəkələrdə avtomobilləri arxadan çəkən və guya sürət həddinin pozulmasını müəyyən edən cihazlarla bağlı görüntülər yayılıb. Görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil. Canlixeber.com xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Qeyd olunub ki, sözügedən elektron cihaz yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunur. […]
Beş rayonda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Bu gün Bakı şəhərinin Yasamal və Nərimanov rayonlarının, eləcə də Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bilfirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 11-də paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri […]
BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Canlixeber.com xəbər verir ki, müraciətdə sürücülərdən hava şəraitini və yolun vəziyyətini nəzərə alaraq nəqliyyat vasitələrini idarə edərkən xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunub. “Yağıntılı və görmə məsafəsinin məhdud olduğu şəraitdə sürət həddi aşağı salınmalı, nəqliyyat vasitələri arasında ara məsafəsi […]
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə.İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə.Tağıyev, M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu gün paytaxtda yağış yağacaq
Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm […]
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından […]
Təyyarə ilə Naxçıvana uçmaq istəyənlərin NƏZƏRİNƏ
“Azərbaycan Hava Yolları” QSC (AZAL) avqust və sentyabr ayları ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviabiletlərini öncədən əldə etməyi tövsiyə edir. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, bu dövrdə yay məzuniyyətindən qayıdanların, yeni tədris ilinin başlaması ilə əlaqədar tələbə və ailələrin, eləcə […]
Sabah Astarada qaz olmayacaq
Sabah Astara şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 11-də saat 10:00-dan işlər yekunlaşanadək Astara şəhərinin qaz təchizatı dayandırılacaq.
Rayonlarda şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA
Avqustun 10-u saat 11:00-a olan məlumatına əsasən 9-u axşam saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Gədəbəydə 17, Daşkəsəndə 14, Ağstafa, Göygöldə 9, Şəmkirdə 7, Gəncədə 6, Tovuzda 4, […]
DYP velosipedçilərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsindən velosipedçilərə müraciət edib. Canlixeber.com xəbər verir ki, bu barədə idarə məlumat yayıb. Bildirilib ki, ölkəmizdə velosipeddən istifadənin genişlənməsi müsbət haldır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, velosipedçilər də yol hərəkətinin digər iştirakçıları kimi müəyyən edilmiş qaydalara riayət etməli, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdırlar. Müşahidələr göstərir ki, bəzi […]
