Cəmiyyət
Ramiz Məşədihəsənli vəfat edib
Azərbaycanda tanınmış jurnalist vəfat edib. Canlixeber.com xəbər verir ki, jurnalist Ramiz Məşədihəsənli 68 yaşında ürək tutmasından vəfat edib. Qeyd edək ki, Ramiz Məşədihəsənli İrəvan Dövlət Azərbaycan Dram Teatrında, Dövlət Televiziyasında, eləcə də müxtəlif televiziyalarda və media qurumlarında çalışıb.
Azərbaycanda müəllim vəfat etdi
Azərbaycanda müəllim vəfat edib. “Yeni Sabah” xəbər verir ki, Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Təranə Pirimova dünyasını dəyişib. O, uzun müddət məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.
Bu gün hava necə olacaq?
İyulun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti olacaq. Nisbi rütubət gecə 75-80%, gündüz 50-55% təşkil edəcək. Azərbaycanın şimal və […]
Eldar Əzizov yeni rəis təyin etdi
Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə yeni rəis təyin olunub. Canlixeber.com xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb. Əmrə əsasən, rəis vəzifəsinə Emin Talıbov təyinat alıb.
General təqaüdə göndərildi
Fövqəladə Hallar Nazirliyində general vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Aviasiya Dəstəsinin rəisi general-mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib. Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti, general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub. Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, […]
Bu gün hava necə olacaq?
İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. […]
Sabah Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək
Sabah Zaqatalanın bəzi küçələrinin qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu A.Ələsgərov, S.Vurğun, B.Vahabzadə, H.Cavid, N.Paşa, Axundov, Maqamayev və İstiqlaliyyət küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sahibə Qafarovaya köməkçi təyin edilib
Milli Məclisdə yeni kadr təyinatı həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə parlamentin rəsmi saytında qeyd edilib. Belə ki, Aydan Tofiq qızı Fərəcova Milli Məclis sədrinin köməkçisi təyin edilib.
Son altı ayda Azərbaycanda qanunsuz ov edən 62 nəfər saxlanılıb
Bu ilin 6 ayında Azərbaycanda qanunsuz ov faktları ilə bağlı ümumilikdə 54 900 manat məbləğində cərimə tətbiq olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, hesabat dövründə ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə nazirliyin aidiyyəti qurumlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində qanunsuz […]
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq iyulun 6-31-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. Canlixeber.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.Məlumata əsasən, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək. Qeyd edilib ki, sözügedən reyslərə biletləri […]
