Cəmiyyət
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Belə ki, mayın 16-da Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından çıxan 10 kV-luq 6 və 11 saylı hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Səməd […]
Bu gün yağış yağacaq
Azərbaycanda mayın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz […]
Bu şəxslərin imtahan nəticələri ləğv ediləcək – QƏRAR
Nazirlər Kabinetinin bir neçə qərarında dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na edilən dəyişikliyə görə, namizəd tərəfindən bilərəkdən […]
Şəkinin kəndlərindən biri qazsız qalıb
Şəkinin Kiş kəndində qaz təchizatında müvəqqəti fasilə yaranıb. Canlixeber.com xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, Şəki rayonu B.Vahabzadə küçəsində yerləşən PE-160 mm-lik yeraltı qaz xəttində aşkarlanan qaz sızmasının aradan qaldırılması ilə əlaqədar mayın 15-də saat 14:50-dən etibarən Kiş kəndinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb. Qeyd olunub ki, […]
İtkin düşmüş balıqçının meyiti tapıldı
Su Nəqliyyatında Polis İdarəsi və DSX əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Xəzər dənizində meyit aşkar edilib. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, meyit Neft Daşlarının yaxınlığında tapılıb. Keçirilmiş tədbirlərlə müəyyən edilib ki, meyit 13 aprel tarixində batmış balıqçı qayığında itkin düşən Kürdəmir rayon sakini 2000-ci il təvəllüdlü Osmanov Rahim Ramiz oğluna məxsusdur. Meyit sudan çıxarılaraq […]
Qanunsuz balıq ovlayan 48 şəxs məsuliyyətə cəlb edilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ölkə ərazisindəki bütün su hövzələrində ovu may ayının 1-dən sentyabr ayının 1-dək qadağan edilib. Bu məqsədlə balıq ehtiyatlarının mühafizəsi və qanunsuz […]
Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi
Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. Oxu.Az-ın məlumatına görə, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciət edib. Təcili tibbi yardım avtomobilində pasiyentin döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə olunub. Hospitala çatdırılarkən xəstənin ürəyi dayanıb. Dərhal təxirəsalınmaz tibbi […]
İcra başçısı müavinini işdən çıxardı
Göygöl rayon İcra Hakimiyyəti başçısı Vüqar Novruzov sosial-iqtisadi məsələlər üzrə müavini Arzu Qocayevi işdən çıxarıb. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, işdən azad olunan A.Qocayev “Asan xidmət” mərkəzində işlə təmin edilib. A.Qocayev Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində üç il çalışıb. O, öncə də “Asan xidmət” mərkəzində işləyib.
Fənn müsabiqələrində keçid ballarının müxtəlif olması məsələsinə aydınlıq gətirilib
Respublika Fənn Müsabiqələrinin final mərhələsinə keçid balları açıqlandıqdan sonra Azərbaycan Respublikası Təhsil İnstitutuna çoxlu sayda müraciət daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb. Bildirilib ki, fənn müsabiqələri müxtəlif fənlər üzrə təşkil olunduğundan, hər bir istiqamət üzrə iştirakçı sayı, tapşırıqların xüsusiyyətləri, nəticələrin ümumi statistik göstəriciləri və iştirakçıların performans səviyyəsi bir-birindən fərqlənir:”Bu səbəbdən […]
Binəqədi Rayon İcra Hakimiyyətində yeni təyinat olub
Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. Canlixeber.com İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb. Sərəncamla Vüsal Əliyev Aparatın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini – Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin edilib. Xatırladaq ki, daha əvvəl bu vəzifədə İskəndər Cahangir-zadə çalışıb […]
