Cəmiyyət
İşdən çıxarılan generalın yerinə o təyin edildi
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyinat olub. Canlixeber.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnik Şahin Bağırovun Əmri ilə bu vəzifəyə Astara Gömrük Postunun rəisi Seyfulla Lətif oğlu İsmayılov gətirilib. Qeyd edək ki, İdarənin rəisi vəzifəsində uzun müddət Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi işləmiş, general-polkovnik Bəylər Eyyubovun […]
Yanğın təhlükəsizliyi ilə bağlı ilkin qaydaları nələrdir?
Yanğın gözlənilmədən baş verən və saniyələr içində böyüyən ən təhlükəli fövqəladə hallardan biridir. Belə bir vəziyyətlə qarşılaşdıqda panikaya düşməmək və soyuqqanlılığı qorumaq həyatı əhəmiyyət kəsb edir. Canlixeber.com yanğın təhlükəsizliyi ilə bağlı əmək edilməli olan ilkin qaydaları araşdırıb. Təhlükəsizliyin təmin olunması üçün ilk növbədə yanğının miqyası və harada baş verdiyi dərhal qiymətləndirilməlidir. Əgər alov hələ kiçikdirsə […]
FHN: Ötən həftə 672 yanğına çıxış olub, 9 meyit aşkarlanıb
Ötən həftə 672 yanğına çıxış olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 672 yanğına çıxış, 48 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. […]
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri ilə əlaqədar iyulun 20-də saat Bakının Elşən Süleymanov küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, həmçinin Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan 35 kV-luq “Lovayın” […]
Rayonlarda leysan yağır – FAKTİKİ HAVA
Azərbaycan ərazisinin əksər rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur, arabir şimşək çaxır. Yağıntılar ayrı-ayrı yerlərdə intensiv leysan xarakterlidir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 20-si saat 9:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Şəkidə 38 (aylıq normanın 63 %-i), Mingəçevirdə 34 (aylıq normanın 171 %-i), Zaqatalada 24 (aylıq […]
Bu gün çimərliklərdə hava necə olacaq?
İyulun 20-də mülayim şimal-qərb küləyi arabir güclənəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
İyulun 20-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-24° isti, gündüz 27-30° […]
BDU-nun professoru vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib. Canlixeber.com xəbər verir ki, mərhum 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, uzun illər fakültədə qiyabi təhsil üzrə dekan müavini olub. 2006-cı ildə professor elmi adı alıb.
“Facebook”un işində nasazlıq yarandı
Dünyanın ən çox istifadə olunan sosial şəbəkələrindən biri olan “Facebook”un işində nasazlıq yaranıb. Canlixeber.com xəbər verir ki, platforma daxilində qlobal miqyasda böyük çökmə qeydə alınmasa da, bəzi istifadəçilər hesablarına daxil olmaq istəyərkən sistemin donması problemi ilə qarşılaşıblar. Hesablarına giriş etməyə çalışan istifadəçilər brauzerin ünvan sətrində yönləndirmə xətası ilə üzləşiblər. İstifadəçilərin ekranında aşağıdakı xəbərdarlıq peyda olub: […]
ASCO-da yeni təyinat olub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) yeni kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Məhəmməd Topalov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin İstismar-kommersiya departamentinin rəisi təyin edilib. Qeyd edək ki, o, son təyinata qədər “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin müşaviri postunda çalışıb.
