1 min read

Bakının bəzi ərazilərində işıq olmayacaq

Bakının bəzi hissələrində elektrik enerjisinin verilməsində məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir-təftiş işləri aparılacaq. “Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan […]

1 min read

Bu gün çimərliklərdə hava küləkli olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 29-da cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 19-20, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 21-22 dərəcə isti olacaq.

1 min read

Bu gün hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-28° isti […]

2 mins read

Test imtahanından uğurla keçən hakimliyə namizədlərin siyahısı açıqlandı

Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb. 2026-cı ilin 28 iyun tarixində 337 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə […]

1 min read

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb

2023-cü ilin əvvəlindən indiyədək 254 yeni hakim təyinatı olub. Canlixeber.com xəbər verir ki, bunu hakimliyə namizədlərlə keçirilən test imtahanı çərçivəsində jurnalistlərə açıqlamasında Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib. O deyib ki, hazırda ölkəmizdə 705 məhkəmə hakimi fəaliyyət göstərir. “Vakant yerlərə yeni təyinatların aparılması məqsədilə hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz davam etdirilir. Hazırda 67 hakimliyə […]

1 min read

Bakıda külək əsir, rayonlarda yağış yağır – FAKTİKİ HAVA

İyunun 28-i saat 12:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 28-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Düşən yağıntının miqdarı Yardımlıda 43 (aylıq normanın 93%-i), Şamaxıda 40 (aylıq normanın […]

1 min read

Hakim olmaq istəyənlər İMTAHAN VERİRLƏR

Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda hakimliyə namizədlər üçün keçirilən növbəti test imtahanında 333 nəfər iştirak edir. Canlı xəbər.com xəbər verir ki, bunu imtahan çərçivəsində jurnalistlərə açıqlamasında Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib. Onun sözlərinə görə, keyfiyyətli ədalət mühakiməsinin təmin olunması, məhkəmə sisteminə güvənin artırılması məqsədilə hakim korpusunun peşəkar, yüksək bilik və mənəvi keyfiyyətlərə malik […]

1 min read

Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi – Nəticə rədd edildi

Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən son sədr seçkisi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməyib. Canlixeber.com xəbər verir k, Azərbaycan Kinematoqrafçılar İttifaqının son sədr seçkilərində yeganə namizəd kimi Əli İsa Cabbarovun namizədliyi irəli sürülmüş və onun sədr seçildiyi açıqlanmışdı. Daha sonra seçkilərin nəticələri protokollaşdırılaraq təsdiq olunması üçün Ədliyyə Nazirliyinə göndərilib. Lakin nazirlik Əli İsa Cabbarovun sədr seçilməsini təsdiqləməyib, […]

1 min read

Bu gün hava necə olacaq?

İyunun 28-də gözlənilən hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında iyunun 27-dən 28-nə keçən gecə fasilələrlə davam edən intensiv, bəzi yerlərdə güclü yağışın səhər saatlarından tədricən kəsiləcəyi gözlənilir. Bildirilib ki, gecə saatlarında yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. […]

1 min read

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

İyunun 27-si saat 15:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Qazax, Tovuz, Şəmkir, Göygöl, Gəncə, Goranboy, Naftalan, Gədəbəy, Daşkəsən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Kəlbəcər, Qusar, Şahdağ, Tərtər, İmişli, […]