Cəmiyyət
Bakıda bu taksilər qiyməti artırdı
Bakıda taksilərin qiymətində dəyişiklik olub. Bakıətrafı qəsəbələrə işləyən taksilər bir neçə gündür ki, gediş haqqını 50 qəpik artırıb. Canlixeber.com xəbər verir ki, metronun “Koroğlu” stansiyasının ərazisindən Bakı kəndlərinə və ətraf qəsəbələrə taksilər işləyir. Sakinlərin “manatlıq” adlandırdıqları bu avtomobillər hər gün Yeni Ramana, Suraxanı, Binə, Mərdəkan, Şüvəlan, Qala, Zabrat və Pirsağı istiqamətində minlərlə sərnişin daşıyırlar. Adambaşı ödəniş […]
Bəzi ərazilərdə leysan yağıb – FAKTİKİ HAVA
İyulun 5-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Düşən yağıntının miqdarı Gədəbəydə 18, Daşkəsəndə 17, Lerikdə 10, Gəncədə 9, Göygöl, Tovuzda 5, Balakəndə 4, Şəmkir, Şahbuzda 3, […]
AZAL: Bu gün Naxçıvan reyslərində gecikmələr və təxirə salınmalar nəzərdə tutulur
Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur. Canlixeber.com xəbər verir ki, vu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar. Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları […]
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 iyul 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC altqrupu və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahanlar saat 10:00-da və 16:00-da […]
Bu gün hava necə olacaq?
İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərinndə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın […]
Laçına dolu düşüb – FAKTİKİ HAVA
İyulun 4-ü saat 15:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumatda o da bildirilib ki, saat 14:07-14:11 radələrində Laçın rayonunun Şəlvə, Qovuşuq, Vəlibəyli kəndlərinə intensiv yağışla birlikdə diametri 8-10 mm olan dolu düşüb.
İtkin düşən 9 nəfər tapıldı
Azərbaycanda ötən gün itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, iyulun 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Cəlilabadın bir hissəsində qaz olmayacaq
Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar olaraq iyulun 6-sı saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Heydər Əliyev prospektinin, Azərbaycan, M.Hüseynzadə və 20 Yanvar küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Bakıda 2 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, keçirilən tədbirlər nəticəsində 2 nəfərə köməklik […]
Yay Günlərinin Gizli Təhlükəsi: Günvurmadan Necə Qorunmalı?
Yay fəsli özü ilə bərabər dəniz, günəş və bol enerji gətirsə də, anomal isti hava şəraiti ciddi bir sağlamlıq təhlükəsini – günvurmanı da gündəmə gətirir. Tibb mütəxəssisləri xəbərdarlıq edir ki, bədənin temperatur tənzimləmə sistemi sıradan çıxdıqda yaranan bu hal, vaxtında müdaxilə edilməzsə, həyati təhlükə yarada bilər. Lakin sadə və effektiv qaydalara əməl etməklə yayın dadını […]
