Cəlilabadda YANĞIN: Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı
1 min read

Cəlilabadda YANĞIN: Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı

Ötən gün Cəlilabadda ot bağlaması yüklənmiş yük avtomobilində yanğın baş verib.

Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin yük hissəsindəki ot bağlamaları qəfil alışmağa başlayıb.

Yanğını görən sürücü avtomobili yaxınlıqdakı avtoyuma məntəqəsinə sürərək su vasitəsilə alovun qarşısını almağa çalışıb.