Bu gün Sumqayıtın bir hissəsində qaz olmayacaq
Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərində qaz kəsiləcək.
Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün işlər yekunlaşanadək Sumqayıt şəhərinin 52-ci məhəlləsinin və Ceyranbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
