Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Bu gün Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
“Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 29.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin, Ə. Naxçıvani və M. Davudoğlu küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq”, – məlumatda qeyd olunur.
