Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var
1 min read

Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.