Biləsuvarda avtomobil qəzası olub, xəsarət alanlar var
1 min read

Biləsuvarda avtomobil qəzası olub, xəsarət alanlar var

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər – 1997-ci il təvəllüdlü Beyləqan rayon sakini, Məhər Kərimov, Binəqədi rayon sakinləri – 1999-cu il təvəllüdlü Balaş Mustafayev və 1999-cu il təvəllüdlü Elşən Mustafalı xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.