Bilgəhdə faciə: Bir nəfər boğuldu, digəri son anda xilas edildi
1 min read

Bilgəhdə faciə: Bir nəfər boğuldu, digəri son anda xilas edildi

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində nəzarətsiz dəniz ərazisində 2 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib.

Canlixeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, hadisə may ayının 21-də, axşam saatlarında baş verib.

Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində batma təhlükəsi ilə üzləşən 1988-ci il təvəllüdlü M.N. dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib.

Digər şəxs, 1987-ci il təvəllüdlü Rzayev Əlipaşa Kərim oğlunun isə cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq, aidiyyati üzrə təhvil verilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *