Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi
Bakının Binəqədi rayonunda taksi sürücüsünə qarşı quldurluq hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, zərərçəkənin idarə etdiyi KIA markalı avtomobilə müştəri kimi minən naməlum şəxs onu kəsici-deşici alətlə hədələyib və pul vəsaitini talayıb.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı T.Binyətov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
