Bakıda istiqaməti dəyişdirilən avtobusların fəaliyyəti bərpa edilir
WUF13 ilə əlaqədar 28 marşrutun əvvəlki sxemi üzrə, eləcə də müvəqqəti dayandırılan 4 ekspres marşrutun fəaliyyətini bərpa edilir.
Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, mayın 23-dən 15, 18, 31, 32, 60, 70, 71, 107, 107A, 118A, 118B, 125, 131, 133, 148, 162, 166, 168, 169, 173A, 173B, 197, 198, 199, 204, 214, 214A, M8 nömrəli marşrutların hərəkət sxemləri və müvəqqəti dayandırılan 120E, 121E, 140E, E1 nömrəli marşrutların fəaliyyəti bərpa olunacaq.
