Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılıb öldü
Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2022-ci il təvəllüdlü İbrahim Kənan oğlu Qafarlı yaşadığı binanın 13-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən ehtiyatsızlıqdan yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma Xətai Rayon Prokurorluğu tərəfindən aparılır.
