Bakı-Quba yolunda zəncirvari qəza olub, xəsarət alanlar var
Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, qəza Bakı–Quba avtomobil yolunda, Quba rayonunun Pirvahid kəndindən keçən hissədə qeydə alınıb.
İlkin məlumata əsasən, “Shacman” markalı yük avtomobili, “Kia” və “Toyota Prius” markalı minik avtomobilləri toqquşub. Zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onların sayı və vəziyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
