Bakı-Quba yolunda qəza baş verib, bir nəfər ölüb
1 min read

Bakı-Quba yolunda qəza baş verib, bir nəfər ölüb

Bakı-Quba avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib.

Canlixeber.com xəbər verir ki, “Shacman” markalı yük avtomobili ilə AAYDA-ya məxsus “Mitsubishi” toqquşub.

Qəza zamanı iş başında olan 1981-ci il təvəllüdlü Nəsib Tahirov iki yük maşınının arasında qalaraq ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.