Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət alıb
1 min read

Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət alıb

Bakı-Qazax magistral yolunda avtomobil qəzası baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Goranboy rayon Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, onlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.